Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı martın 2-də və 9-da keçiriləcək. İmtahanın qrafiki DİM-in saytında yerləşdirilib.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
- Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I və II hissə kimi adlandırılıb.
- İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
- Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər. (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları martın 2-də imtahan verəcəklər).
Şimali Makedoniya Prezidenti ADA...
Folklor İnstitutunda tələbələrin...
ADA Universiteti “Bank of Baku”nun...
BDU əməkdaşları “Huawei”in 5G...
BDU-da petrologiya və filiz...