12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Qubanın Qırız kəndində 20 santimer qar, mənfi 8 dərəcə temperatur qeydə alınıb

07-02-2025
IMG

Şimal bölgəsinə axşam saatlarından qar yağmaqda davam edir. Ən çox qar Quba rayonunun Qırız kəndinə yağıb. Kənddə qarın hündürlüyü 20 santimetrə çatır.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, fevralın 6-dan başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərinə qar yağıb.

Qusar şəhərində 3 santimer, Xızının Altıağac qəsəbəsində 9 santimer, Qubanın Xaltan kəndində isə 10 santimer qar qeydə alınıb.

Qarın yağması ilə əlaqədar temperatur mənfi 8 dərəcəyədək düşüb. Ən aşağı temperatur Quba Qırız kəndinə qeydə alınıb.

Paylaş: