Qırğızıstanda kənd təsərrüfatı heyvanlarının ixracına müvəqqəti qadağa qoyulub
Qırğız Respublikasının Su Təsərrüfatı, Kənd Təsərrüfatı və Emal Sənayesi Nazirliyi yanında Baytarlıq Xidməti kənd təsərrüfatı heyvanlarının ixracına icazələrin verilməsini dayandırır.
Fhnews.az Qırğızıstanın Kabar agentliyinə istinadla xəbər verir ki, bununla bağlı nazirliyin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yanvarın 31-dən kənd təsərrüfatı heyvanlarının üçüncü ölkələrə ixracına dair icazələr bütün yoxlamalar tamamlanana və normativ bazaya dəyişikliklər edilənə qədər müvəqqəti olaraq dayandırılır.
Qeyd edilib ki, icazələrin bərpası barədə əlavə məlumat veriləcək.
Türkiyənin hökumət üzvləri...
AFAD və MTK Santorini adasındakı...
Müşahidələr dövründə qeydə alınan ən...
Moskva əyalətində yüngülmotorlu təyyarə...
Belarus daşqınlardan zərər çəkmiş Keniya...