12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Panama gəmilərin kanaldan pulsuz keçə biləcəyi ilə bağlı ABŞ-nın bəyanatını təkzib edib

06-02-2025
IMG

Panama ABŞ Dövlət Departamentinin "hökumət gəmiləri indi Panama kanalından heç bir ödəniş ödəmədən keçə biləcək" bəyanatını təkzib etdi. "ABŞ Dövlət Departamentinin yazısına cavab olaraq, Kanaldan keçidi və digər ödənişləri müəyyən etmək səlahiyyətinə malik olan Panama Kanalı İdarəsi ödənişlərlə bağlı heç bir düzəliş etmədiyini bəyan edib. Qeyd edək ki, ABŞ Dövlət Departamenti  X sosial media hesabında bəyan etmişdi ki, Panama hökuməti ABŞ gəmilərinin Kanaldan keçməsi üçün artıq rüsum tələb etməyəcəyinə razıdır. 

Kosta-Rika ilə Kolumbiya arasında yerləşən Mərkəzi Amerika ölkəsi Panamaya aid olan Panama Kanalı təxminən 77 kilometr uzunluğundadır və lock-dok sistemi ilə işləyir.Son illərdə qlobal dəniz ticarətinin təxminən 5 faizini əhatə edən Panama kanalı hökumətdən asılı olmayan bir Panama qurumu tərəfindən idarə olunur və bu, hökumətin illik gəlirini 2 milyard dollar təşkil edir. Sakit və Atlantik okeanları arasında yerləşən kanal geosiyasi mövqeyinə görə ölkələr üçün böyük əhəmiyyət kəsb edir.

Paylaş: