“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsi çərçivəsində sərgidə iştirak edəcək şagirdlər müəyyən olunub
“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsində iştirak edən IX-XI sinif şagirdlərinin elmi tədqiqat işləri meyarlara uyğun olaraq qiymətləndirilib.
Təhsil İnstitutundan verilən məlumata görə, qiymətləndirmə “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin Elmi Ekspertiza Komitəsi tərəfindən aparılıb. Müsabiqə çərçivəsində sərgidə iştirakı məqbul hesab olunan layihələr artıq seçilib və bu barədə qalib layihələrə məlumat göndərilib.
Qeyd edək ki, müsabiqənin Azərbaycandakı final mərhələsinin mart ayında Bakıda keçirilməsi planlaşdırılır.
Bakıda Beynəlxalq Aerokosmik və Rəqəmsal...
Tam orta təhsil səviyyəsi üzrə buraxılış...
Yanvar ayı üçün diplomların tanınması...
Ali təhsil müəssisələrinə qəbul...
“İnnovasiya” İşçi qrupunun növbəti...