“RehaPoint” məntəqəsində 1600-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint” reabilitasiya məntəqəsində reabilitasiya xidmətlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2023-cü ilin dekabrın 1-dən fəaliyyətə başlayan məntəqədə ötən dövrdə əlilliyi olan 1600-dən çox şəxsə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Bölgədə yaşayan əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən yararlanırlar.
Məntəqədə əlilliyi olan şəxslərə ehtiyaclarına uyğun olaraq 800-dən çox reabilitasiya vasitəsi də verilib.
AQTA: Qoyun əti quzu əti ilə müqayisədə...
Qəbələ festivalında Bakı Xoreoqrafiya...
Hacıqabulda zəlzələ baş verib...
Kəngərli rayonu ərazisində hərbi sursat...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...