Konstitusiya Məhkəməsi Palatasının iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 25-nə təyin edilmiş iclasında baxılacaq.
DİN: Bank məlumatlarınızı naməlum...
Bakıda Neyrocərrahların Birinci...
Faşizm üzərində Qələbənin 80-ci...
DTX və DSX birgə əməliyyat-axtarış...
Audiovizual Şuranın növbəti iclası...