İstanbulda dəniz suyu çəkilib
Silivri sahilində dəniz suyu sahildən təxminən 100 metr geri çəkilib. Sular çəkildikcə çimərlikdəki qumdan adaların əmələ gəldiyi müşahidə edilib.
Ətrafdakı sakinlərin təşvişinə səbəb olan görüntüləri şərh edən İstanbul Texniki Universiteti İqlim Elmləri və Meteorologiya Mühəndisliyi fakültəsinin professoru Hüseyn Toros şimal-şərq küləyinin bölgədə təsirli olduğunu bildirib. O, "Küləklər sahillərdə suyun səviyyəsinə təsir göstərə bilər. Güclü və uzun sürən küləklər suyu açıq dənizə doğru çəkərək suyun səviyyəsini aşağı salır. Digər tərəfdən də suyu sahilə doğru itələyib dəniz səviyyəsinin qalxmasına səbəb ola bilər. Şimal küləkləri Silivridəki suyu götürərək Bandırma tərəfə aparır. Böyük ehtimalla suyun qalxması Bandırma tərəfində baş verib.Bu, külək uzun müddət əsdiyində baş verən təbii bir prosesdir. Qorxacaq bir şey yoxdur. Bu, sel deyil, küləyin təsiridir”- deyə fikirlərini əsaslandırıb.
Toros əlavə edib ki, küləyin bölgədə çərşənbə gününə qədər təsirini davam etdirəcəyi gözlənilir.
Çin 18 qütb orbitli rabitə peykini...
Alimlər: Havadakı toksinlər beyin...
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...