İstanbul əhalisinin sayına görə 131 ölkəni geridə qoyub
Türkiyənin ən sıx şəhəri olan İstanbulun əhalisi 2024-cü ildə 131 ölkəni geridə qoyaraq 15 milyon 701 min 602 nəfərə çatıb. Beləliklə, İstanbulun əhalisi 2024-cü ildə 45 min 678 nəfər artıb.
Statistikaya görə, Türkiyənin ümumi əhalisinin 18,3 faizini təşkil edən İstanbulda 7,82 milyon kişi və 7,88 milyon qadın yaşayır.
Ölkənin ən sıx məskunlaşdığı şəhər olan İstanbul 15,7 milyonu keçən əhalisi ilə dünyanın bir çox ölkəsini geridə qoyub. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun 2024-cü ilə olan məlumatlarına görə, İstanbul əhali ölçmələrinin aparıldığı 204 ölkə və bölgədən 131-ni ötüb.
Avropada 11,7 milyon əhalisi olan Belçika, 10,5 milyon əhalisi olan Çexiya, 10,3 milyon əhalisi olan Yunanıstan və 10 milyon əhalisi olan Macarıstan İstanbuldan geri qalan ölkələr arasındadır.
İstanbulun əhali sayına görə geridə qoyduğu ölkələr arasında İordaniya, İsrail, Tunis və Azərbaycan da var.
Meqapolis Serbiya, Paraqvay və Liviyanın əhalisini iki dəfədən çox keçib. İstanbul əhalisinin sayı Avropa Birliyi ölkələri Belçika, İsveç, Çexiya və Yunanıstanı, həmçinin Portuqaliya, Macarıstan və Avstriyanı da ötüb.
Çin 18 qütb orbitli rabitə peykini...
Alimlər: Havadakı toksinlər beyin...
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...