Hərbi dənizçilərimiz “AMAN-25” çoxmillətli təlimi və dialoqunda iştirak edirlər
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən “AMAN-25” çoxmillətli dəniz təlimi və “AMAN” Dialoqunda iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən HDQ komandanları və qərargah rəislərinin, sahil mühafizəsi komandirləri və yüksək səviyyəli liderlərin regional dəniz təhlükəsizliyini müzakirə etmək və inkişaf edən dəniz təhdidlərinə qarşı birgə strategiyalar hazırlamaq məqsədilə keçirilən ilk AMAN Dialoqunda ölkəmizi HDQ komandanının birinci müavini - qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov təmsil edir.
Liman və dəniz mərhələlərindən ibarət olan 9-cu çoxmillətli təlimdə (“AMAN-25”) isə Azərbaycan HDQ-nin 6 nəfərdən ibarət sualtı hücum və sualtı müdafiə qrupları plana uyğun müvafiq tapşırıqları yerinə yetirəcək.
Qeyd edək ki, “Sülh naminə birlikdə” şüari ilə keçirilən təlimə 60 ölkədən gəmilər, təyyarələr, xüsusi təyinatlılar, partlayıcı maddələrin zərərsizləşdirilməsi qrupları, dəniz piyadaları və müşahidəçilər qatılıb. Sülh və təhlükəsizliyin təşviqi, terrorizmə qarşı birgə mübarizə məqsədilə keçirilən “AMAN-25” çoxmillətli təlimi fevralın 11-dək davam edəcək.
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim...
Azərbaycan Ordusunun mövqeləri gecə...
Azərbaycan Ordusunun mövqeləri Gorus və...
Azərbaycan Ordusunun mövqeləri Keşişkənd...
Azərbaycan Ordusunun mövqeləri...