Gənclər və İdman Nazirliyinin, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə dövlət qurumlarının qadın əməkdaşları arasında minifutbol üzrə çempionat keçirilib.
Dairəvi sistem üzrə keçirilən çempionatda FHN-in qadınlardan ibarət minifutbol üzrə yığma komandası uğurlu nəticə əldə edib.
Belə ki, FHN-in komandası bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına layiq görülüb.
Qaliblər Gənclər və İdman Nazirliyinin kuboku, fəxri diplomu və medalları ilə təltif ediliblər.
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...
“Böyük Dəbilqə”: Azərbaycan...
Azərbaycan velosipedçiləri Astanada...
Özbəkistan və Gürcüstan boksçuları...