FHN: Ötən sutka ərzində 35 yanğına çıxış olub
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 35 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyi qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.
AQTA: Qoyun əti quzu əti ilə müqayisədə...
Qəbələ festivalında Bakı Xoreoqrafiya...
Hacıqabulda zəlzələ baş verib...
Kəngərli rayonu ərazisində hərbi sursat...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...