Eldar Quliyev parlamentin yenidən formalaşdırılmış Hesablayıcı komissiyasının sədri seçilib
Fevralın 3-də VII çağırış Milli Məclisin yenidən formalaşdırılmış Hesablayıcı komissiyasının ilk iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komissiya üzvü Səbinə Salmanovanın sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.
Səsvermə nəticəsində deputatlar - Eldar Quliyev komissiyanın sədri, Mixail Zabelin isə komissiyanın katibi seçiliblər.
İclasda komissiya üzvləri Soltan Məmmədov, Naqif Həmzəyev, Sevinc Hüseynova və Rövşən Muradov iştirak ediblər.
AQTA: Qoyun əti quzu əti ilə müqayisədə...
Qəbələ festivalında Bakı Xoreoqrafiya...
Hacıqabulda zəlzələ baş verib...
Kəngərli rayonu ərazisində hərbi sursat...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...