12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

BMT baş katibi Guterreş :  "Hər cür etnik təmizliyin qarşısını almaq lazımdır"

06-02-2025
IMG

BMT-nin Baş katibi Antonio Quterreş Qəzzada atəşkəsdən sonra gələcək hədəflərin dəqiq müəyyən edilməli və vəziyyəti daha da pisləşdirəcək həll yollarından qaçınılması lazım olduğunu bildirərək, "Beynəlxalq hüquqa riayət etmək və hər cür etnik təmizləmənin qarşısını almaq vacibdir"-deyib.

uterreş BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) Fələstin Xalqının Ayrılmaz Hüquqlarının Həyata keçirilməsi üzrə BMT Komitəsinin iclasında çıxış edib.Fələstin xalqının ayrılmaz hüquqlarının onların öz torpaqlarında insan  kimi yaşamaq hüququnun əsasını təşkil etdiyini vurğulayan Baş katib bu hüquqların getdikcə daha da uzaqlaşdığını vurğulayıb. 

Quterreş bütöv bir əhalinin sistematik olaraq "insan kimi rəftar edilməməsinin və sanki şeytan kimi təqdim edilməsinin" şahidi olmağın qorxulu olduğunu ifadə edərək, Qəzzada baş verən dağıntıların təsvir oluna bilməyəcəyini qeyd edib. 70 %-i qadın və uşaq olmaqla, təxminən 50 min insanın öldürüldüyünü vurğulayan Baş katib əhalinin böyük əksəriyyətinin dəfələrlə öz yurd-yuvasından didərgin düşdüyünü, aclıq və xəstəliklə üzləşdiyini, uşaqların bir ildən artıqdır ki, təhsildən məhrum olduğunu bildirib. “Evsiz və travmalı bir nəsil böyüyür”-deyən Quterreş atəşkəs və məhbusların azad edilməsindən məmnun qaldığını ifadə edib.

Paylaş: