Bakıdan Həştərxana bütün aviauçuşlar dayandırılır
Son zamanlar, o cümlədən bu gün Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.
AZAL-dan verilən məlumata görə, bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.
Azərbaycan nümayəndə heyəti Türkiyədə...
AZAL-dan bütün istiqamətlərə 25 faiz...
Hava şəraiti ilə əlaqədar sərnişin və...
Ötən il rəqabətin məhdudlaşdırılması...
KTN: Yanvar ayında xarici bazarlara...