Azərbaycanla Qambiya arasında diplomatik pasport sahibləri üçün viza rejiminin ləğvi qüvvəyə minib
Fevralın 2-dən etibarən Azərbaycanla Qambiya arasında diplomatik pasport sahibləri üçün viza rejiminin ləğvi qüvvəyə minib.
Bu barədə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov bildirib.
Qeyd edək ki, iki ölkə arasında diplomatik pasport sahibləri üçün viza tələbinin aradan qaldırılması barədə saziş xarici işlər naziri Ceyhun Bayramov və Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara tərəfindən 2024-cü il mayın 4-də Bancul şəhərində imzalanıb.
Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq...
Mərkəzi Seçki Komissiyasının iclası...
Sülh və insanlıq əleyhinə, müharibə və...
Müstəqilliyimiz əbədidir: Gənclər...
Xarici İşlər Nazirliyinin 2025-ci il...