Azərbaycanın və Latviyanın xarici işlər nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Fevralın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Latviyanın xarici işlər naziri Baiba Braje arasında telefon danışığı olub.
Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Latviya arasında mövcud əlaqələr gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub.
Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq...
Mərkəzi Seçki Komissiyasının iclası...
Sülh və insanlıq əleyhinə, müharibə və...
Müstəqilliyimiz əbədidir: Gənclər...
Xarici İşlər Nazirliyinin 2025-ci il...