Azərbaycanın ən sərrast oxatanları Bakıda müəyyənləşəcək
Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək.
Kamandan Oxatma Federasiyasından verilən məlumata görə, yarışlarda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 60-a yaxın idmançı mübarizə aparacaq. Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alacaqlar.
Turnirin proqramına əsasən, fevralın 5-də məşq sessiyaları və sıralama atışları baş tutacaq. Çempionatın açılış mərasimi bir gün sonra təşkil olunacaq. Fevralın 7-də isə Bakı İdman Sarayında (Dənizkənarı Milli Park) qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.
Bu çempionat ölkənin ən sərrast oxatanlarını müəyyən etməklə yanaşı, həmçinin qədim ənənələri ilə diqqət çəkən bu idman növünün inkişafına təkan verəcək.
Azərbaycan güləşçiləri reytinq...
Azərbaycan güləşçiləri reytinq turnirinə...
Azərbaycanı Avropa çempionatında 28...
Azərbaycan parataekvondoçusu ilin ən...
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı...