Azərbaycan parataekvondoçusu Türkiyədə bürünc medal qazanıb
Azərbaycan parataekvondoçusu Orxan Cəfərov (80 kiloqram) Antalya şəhərində keçirilən Türkiyə Açıq turnirində bürünc medal qazanıb.
Fhnews.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanı K44 kateqoriyasında təmsil edən idmançı yarışa 1/8 finaldan start verib. O.Cəfərov ardıcıl olaraq türkiyəli və meksikalı rəqiblərini məğlub etsə də yarımfinalda mübarizəni dayandırıb və 3-cü yerlə kifayətlənib.
Qeyd edək ki, turnir "Los-Anceles-2028" Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.
Azərbaycan güləşçiləri “Çempionlar”...
Azərbaycanı Avropa Kubokunda 19 cüdoçu...
“Böyük Dəbilqə”: Azərbaycan...
Azərbaycan velosipedçiləri Astanada...
Özbəkistan və Gürcüstan boksçuları...