12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Anadolunun "Göllər bölgəsi"

06-02-2025
IMG

Bu, Türkiyədə Burdur, İsparta, Dənizli, Afyonkarahisar və Konyanın vilayət sərhəd ərazilərində yerləşən bir-birinə yaxın bir çox gölün olduğu bölgədir.
Göllər bölgəsindən bəhs edildikdə ağla gələn ilk iki vilayət Burdur və İspartadır. İsparta dünyada vilayət əraziləri daxilində ən çox göl və gölməçəyə sahib yerdir. Bölgədə başda Salda, Karataş, Yarışlı, Gölhisar və Yazir, Beyşehir, Eğirdir, Acıgöl, Burdur, İlgın, Akşehir, Eber, Suğla və Kovada gölləri olmaqla bir çox göllər vəhşi canlılar baxımından çox zəngin və vacibdir.

Burdurun təxminən 60 km qərbində yerləşən Salda gölü Türkiyənin ən dərin, ən təmiz və ən bərrak gölüdür. Dünyanın ən təmiz gölləri arasında beşinci yerdədir. Dəniz səviyyəsindən hündürlüyü 1140 metrdir. Göl suyunda maqnezium, soda və gilin olması bəzi dəri xəstəliklərinin müalicəsində faydalıdır. Qar kimi ağ qumu və şüşə kimi firuzəyi suyu ilə Türkiyənin Maldiv adaları adlanır.

Paylaş: