12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Alyaskada itkin düşmüş təyyarə tapılıb, 3 nəfər ölüb

08-02-2025
IMG

Göyərtəsində 10 nəfərin olduğu Alyaskada yoxa çıxan təyyarə tapılıb.

Fhnews.az xəbər verir ki, təyyarə ABŞ Sahil Mühafizəsi tərəfindən aşkar edilib. “Bering Air”ə məxsus “Cessna” təyyarəsində uçan doqquz sərnişin və bir pilotdan üç nəfərin öldüyü bildirilir.

Təyyarə Nom şəhərindən 34 mil cənub-şərqdə tapılıb.

Təyyarə fevralın 6-da günorta saatlarında Unalaklit şəhərindən Nom şəhəri istiqamətdə uçuş həyata keçirən zaman yoxa çıxıb. İlkin məlumata əsasən, təyyarə hündürlüyün və sürətin itirilməsinə səbəb olacaq naməlum qəza yaşayıb.

Paylaş: