AFAD və MTK Santorini adasındakı zəlzələlərlə bağlı birgə hesabat yayıb
Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi və Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsi Yunanıstanın Santorini adasındakı zəlzələlərlə bağlı birgə ilkin qiymətləndirmə hesabatını dərc edib. Hesabatda "seysmik hərəkətlərin mümkün vulkanik hərəkətə səbəb ola biləcəyi" xəbərdarlığı edilib. Hesabatda Egeydəki Santorini adası və ətrafında baş verən və yanvarın 28-dən etibarən intensivləşməyə başlayan zəlzələlərin sayının 900-ü keçdiyi bildirilib. Hesabatda ən böyüyü 5,1 bal gücündə olan zəlzələlərin Santorini adasının şimal-şərqində cəmləşdiyi, zəlzələlərin dərinliklərinin isə 5 kilometr ilə 25 kilometr arasında dəyişdiyi bildirilib. Xəbərdə Türkiyə sahillərinə ən yaxın zəlzələnin 140 kilometr uzaqlıqda olduğu xatırladılıb. Xatırladaq ki, Santorini vulkanı və onun ətrafı aktiv vulkanik kompleksdir və məlum olan sonuncu püskürmə 1950-ci ildə baş verib. Partlayışdan sonra baş verən sunaminin Türkiyə sahillərinə çatdığı bildirilib.
Hesabatda AFAD zəlzələ məsləhət şurası, türk elm adamları və tədqiqatçılarının seysmik aktivliyi müxtəlif aspektlərdən izlədiyi vurğulanır və rəsmi qurumların açıqlamaları xaricində sosial mediada spekulyativ yazılara etibar edilməməsi xahiş olunur.
“Air Astana” və “SCAT” reyslərinin...
Maqadan vilayətində qar uçqununun baş...
Qazaxıstan FHN zəlzələ ilə bağlı...
Türkiyədə sərnişin avtobusu ilə minik...
Qazaxıstanda zəlzələ baş verib...