6 fevral zəlzələsinin qurbanları anıldı
6 fevral 2023-cü ildə baş verən və “Əsrin fəlakəti” kimi qiymətləndirilən, 11 vilayəti əhatə edən 7,7 və 7,6 bal gücündəki zəlzələlərdə həyatını itirənlər bütün Türkiyədə anılıb.
Zəlzələnin episentri olan Kahramanmaraşda zəlzələdən zərərçəkənlər “unutmadıq”, “hörmət və həsrətlə anırıq” yazılmış plakatları yerə sərərək üzərlərinə qərənfillər düzüblər.
Hatayda isə böyük bir insan qrupu “Səssiz yürüş” təşkil edərək Atatürk prospektindən Cümhuriyyət meydanına doğru yürüş edib. İlk zəlzələnin baş verdiyi saat 04:17-də fəlakətdə həyatını itirənlər üçün 65 saniyəlik sükut elan olunub, ardınca İstiqlal Marşı oxunub. Anım tədbiri çərçivəsində üç səmavi dinin nümayəndələri ayrı-ayrılıqda dua ediblər. Daha sonra zəlzələdə həlak olanların xatirəsinə Asi çayına qırmızı qərənfillər atılıb.
Zəlzələdən təsirlənən Qaziantep, Adıyaman, Malatya, Adana, Osmaniye, Kilis kimi şəhərlərlə yanaşı, digər bölgələrdə də təşkil edilən tədbirlərdə 53 min 537 nəfər göz yaşları ilə xatırlanıb.
Çin 18 qütb orbitli rabitə peykini...
Alimlər: Havadakı toksinlər beyin...
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...